"Taliban"a AĞIR ZƏRBƏ: 34 ölü, 30 yaralı
Bizi izləyin

Dünya

"Taliban"a AĞIR ZƏRBƏ: 34 ölü, 30 yaralı

Əfqanıstanda "Taliban" terror qruplaşmasının azı 34 üzvü məhv edilib, 30-u isə yaralanıb.

Trend-in verdiyi məlumata görə, Əfqanıstanın Kandaqar əyalətində təhlükəsizlik qüvvələri və "Taliban" üzvləri arasında baş verən toqquşmada 15 "Taliban" üzvü öldürülüb, 20-si isə yaralanıb. Bundan əlavə, 4 polis həlak olub, 6-sı isə yaralanıb.

Məlumata əsasən, Mayvand rayonunda isə toqquşma nəticəsində "Taliban"ın yerli komandirlərindən biri daxil olmaqla 6 üzvü məhv edilib.

Bundan əlavə, Əfqanıstan HHQ-nin Xan Abad rayonunda "Taliban"a endirdiyi hava zərbəsi nəticəsində qruplaşmanın 13 üzvü məhv edilib, 3-ü yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm