Kabildə partlayış: 20 ölü
Bizi izləyin

Dünya

Kabildə partlayış: 20 ölü

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü partladıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Hadisə nəticəsində 20 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm