50 milyon litr neft oğurlandı
Bizi izləyin

Dünya

50 milyon litr neft oğurlandı

Hindistanın Racastan əyalətinin Barmer bölgəsində “Cairn İndia” neft sahəsindən 50 milyon litr xam neft oğurlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, oğurluq bir mafiya qruplaşması tərəfindən həyata keçirilib.

Polisin qruplaşmaya qarşı həyata keçirdiyi əməliyyatda şübhəli şəxs qismində 25 nəfər həbs edilib, 75 nəfər isə axtarışa verilib.

Araşdırmalar nəticəsində mafiya şəbəkəsinin 6 il boyunca su tankerlərindən istifadə edərək neft çıxarılan sahədən oğurladıqları xammalı bölgədəki iki fabrikə satıldığı ortaya çıxıb.

Oğurlanan neftin 7 milyon dəyərində olduğu qeyd edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm