Müsəlman qadınlar çadralarından, kişilərsə saqqallarından qurtulmağa başladı - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Müsəlman qadınlar çadralarından, kişilərsə saqqallarından qurtulmağa başladı - FOTO/VİDEO

Suriyanın İŞİD terror təşkilatından azad edilməsini bayram edən vətəndaşlar terror qruplaşmasına etiraz olaraq onların gətirdiyi qayda-qanunları bir-bir yox etməyə başlayıb.

Publika.az xəbər verir ki, qara çadra geyinməyə məcbur edilən qadınlar çadraları yandırmağa başlayıb. Kişilər isə artıq saqqal saxlamaq məcburiyyəti olmadığından, saqqallarını təraş edib.

“Daily mail” xəbər portalının əməkdaşları tərəfindən çəkilmiş videoda qadınların çadralarını yandırdığı görüntülənib. Kameralara danışan bir qadın “bu çadranı yandırın, Allah da İŞİD-i yandırsın. Çünki, onlar mənim qardaşımı yandırdılar” deyə üsyan edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm