Daha bir türk ölkəsindən ABŞ-a qarşı SƏRT İTTİHAM
Bizi izləyin

Dünya

Daha bir türk ölkəsindən ABŞ-a qarşı SƏRT İTTİHAM

Qırğızıstan Prezidenti Almazbek Atambayev paytaxt Bişkekdəki “Manas” hava limanına ABŞ hərbi bazasının yerləşdirilməsi səbəbilə qonşu ölkələrdən raket hücumu təhdidi aldığını deyib.

Publika.az xəbər verir ki, prezident 2011-2014-cü illərdə paytaxta yerləşdirilən ABŞ hərbi bazaları haqqında sərt çıxışlar edib.

Rusiya və Çin kimi böyük dövlətlərin sakit və sülhpərəst ölkə olan Qırğızıstana ehtiyacı olduğunu deyən prezident nəhəng güclərin fərqli niyyətdə olduğunu etiraf edib.

“Qırğızıstan hökumətini demokratlar partiyasının idarə etdiyi dövrdə ABŞ-ın bu ölkəyə qarşı yürütdüyü siyasəti qəti şəkildə qəbul etmirdim. Bəzi region ölkələr 2014-cü ildə lazım gələrsə, ABŞ təyyarələrini raketlə vuracaqlarını və bundan vətəndaşlarımızın zərər görəcəyini açıq şəkildə bəyan etmişdi”, - deyən Atambayev ABŞ-ı bölgədəki ölkələrin daxili məsələlərinə qarışmaqda ittiham edib.

O, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun su problem səbəbilə Orta Asiyada savaş çıxaracağı dövrləri xatırlayıb:

“İslam Kərimovun həmin açıqlamasından dərhal sonra Amerika Özbəkistana hər birinin dəyəri 1 milyon dollar olan 328 zirehli maşın satdı. Amerikalılar bu hərəkətlərilə iki qardaş ölkəni qarşı-qarşıya qoymaq məqsədlərini ortaya qoydular”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm