Somada Ərdoğana hücum - VİDEO
Bizi izləyin

Dünya

Somada Ərdoğana hücum - VİDEO

Baş nazirin müşavirinin bir etirazçıya təpik atmasının yeni videosu yayılıb.

Publika.az” xəbər verir ki, R.T.Ərdoğanın müşaviri Yusif Yerkəl Soma faciəsindən sonra hadisə yerinə gedən Baş nazirin yanında idi. Ərdoğanı protesto edən bir etirazçını təpikləyən Yusif Yerkəl skandalla bağlı açıqlamasında “həmin gün yaşadığım bütün provokasiyalara , məruz qaldığım bütün təhqir və hücumlara rəğmən sükutumu qoruya bilmədiyim üçün üzgünəm” demişdi.

İndi isə həmin təpik skandalının yeni videosu ortaya çıxıb. Videoda göründüyü kimi əslində Baş nazir müşavirinin təpik atmasına səbəb həmin etirazçının Ərdoğanın avtomobilinə təpik vurması olub.

Halbuki, Yusif Yerkəlin təpik atma videosu yayılanda başda Ərdoğanın Baş müşaviri Yalçın Akdoğan olmaqla bir çox hökumət adamları “az qala kütlə tərəfindən döyüləcəkdi” kimi açıqlamalar vermişdilər.

Maraqlısı budur ki, Baş nazir müşavirinin təpik atmasını hökumət yönümlü media belə həzm edə bilməyib. Bu videonu yayan “A Haber”-in də Ərdoğanın kürəkəninə aid olduğu deyilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm