Həkimlər xəbərdarlıq etdi: “Küçədəki heyvanlara toxunmayın”
Bizi izləyin

Dünya

Həkimlər xəbərdarlıq etdi: “Küçədəki heyvanlara toxunmayın”

Yaponiyada 50 yaşlı bir qadın pişiyin onu dişləməsindən sonra vəfat edib. Qadının ölüm səbəbi isə pişikdən keçən virusun yaratdığı xəstəlik olub.

Publika.az xəbər verir ki, mütəxəssislər məməli heyvandan insana ilk dəfə bu formada bir virusun keçdiyini və ölümə səbəb olduğunu açıqlayıb.

Qadın küçədən keçərkən halsız vəziyyətdə olan pişiyə yardım etmək istəyib. Lakin həmin pişik özünümüdafiə instinkti səbəbilə qadını dişləyib.

50 yaşlı qadın şiddətli qızdırma verən trombositopeniyaya yoluxub və 10 gündən sonra vəfat edib.

Həkimlər xəstəliyin infeksiya qapan bir pişik vasitəsilə qadına keçmiş olması qənaətinə gəlib.

Bu hadisədən sonra Dünya Səhiyyə Təşkilatı insanlara küçədəki heyvanlarla təmasda olmamağı tövsiyə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm