Körfəz böhranında yenilik - Terrorçuların siyahısı genişləndi
Bizi izləyin

Dünya

Körfəz böhranında yenilik - Terrorçuların siyahısı genişləndi

Qətərə sanksiya tətbiq edən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri bu ölkə ilə işbirliyi içində olan terroçuların yeni siyahısını təqdim edib.

Publika.az xəbər verir ki, körfəz ölkələri terrorla mübarizə və terrorun qaynağının məhv edilməsi səyləri çərçivəsində Qətərlə birbaşa, yaxud dolayı yolla münasibəti olan 9 qurumu və 9 nəfəri siyahıya əlavə edib.

Terrorçuların siyahısında yer alan və Liviya ilə Yəmənə bağlı olduğu iddia edilən qurumların başında “Benqazi” İnqilabçılar Şurası, Liviyanın “Neba” peyk kanalı və bir neçə xeyriyyə cəmiyyətinin adları var.

Qeyd edək ki, sözügedən 4 ölkə 9 iyunda ortaq bəyanat yaymışdı. Bildirilmişdi ki, Qətər tərəfindən dəstəklənən 59 nəfər və 12 xeyriyyə cəmiyyyətinin terrorla əlaqəli olduğunü düşünürlər və bua görə də qara siyahıya salınıblar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm