Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”
Bizi izləyin

Dünya

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

Həmişə Yunanıstanı özümə ikinci və ya üçüncü vətən kimi bilmişəm.

İyulun 14-də Türkiyənin Foça həbsxanasından qaçan erməni yazıçı Sevan Nişanyan Ermənistanın "ArmenPress" Xəbər Agentliyinə müsahibə verib.

Publika.az xəbər verir ki, o, müsahibəsində Yunanıstandan siyasi sığınacaq istədiyini bildirib. Nişanyan, proses tamamlandıqdan sonra Ermənistanı ziyarət etmək istədiyini açıqlayıb.

“Yunanıstandayam. Siyasi sığınacaq üçün müraciət etmişəm. Həmişə Yunanıstanı özümə ikinci və ya üçüncü vətən kimi bilmişəm. Bura çox gözəl və mədəni bir ölkədir. Həyatımın yeni dövrünü burada keçirməkdən xoşbəxt olaram.

Nişanyan hər kəsi maraqlandıran həbsxanadan necə qaçması ilə bağlı sualı isə belə cavablandırıb: “Asan oldu, heç bir problem çıxmadı. 2 il plan qurdum, amma bu planlardan heç biri lazım olmadı. Yeridim, çıxdım”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm