Türkiyə təyyarəsində bomba həyəcanı
Bizi izləyin

Dünya

Türkiyə təyyarəsində bomba həyəcanı

İstanbuldan Kasablankaya uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə göyərtəsinə bomba qoyulması barədə xəbərə görə Əlcəzair hava limanına təcili eniş edib.

Publika.az xəbər verir ki, bu barədə "Algerie Presse Service" məlumat yayıb.

Qeyd olunur ki, təyyarə yerə enən kimi sərnişinlər təxliyyə olunub.

Təyyarəni yoxlayan polis əməkdaşları göyərtədə hər hansı bir partlayıcı maddənin aşkar olunmadığını bildiriblər.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm