Dünya
Viza rejiminin ləğvi üçün Ankaraya 5 ŞƏRT
Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi üçün Ankara, əvvəlki kimi, 5 şərti icra etməlidir.
Publika.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan deyib.
“Biz həmçinin viza liberallaşmasını müzakirə etdik. Siqnalımız aydındır: Türkiyə qalan şərtləri icra etdikdən sonra biz də öz öhdəliklərimizi reallaşdıracağıq. Sonuncu, amma çətin olan bu məsələnin həllində Türkiyəni dəstəkləməyə hazırıq. Söhbət 72 şərtdən 5-dən gedir”, - deyə Y.Xan qeyd edib.
Xatırladaq ki, Aİ və Türkiyə 2016-cı ilin martında miqrasiya böhranının nizamlanması planını razılaşdırıblar. Razılaşma Ankaranın müvafiq şərtləri icra edəcəyi təqdirdə, Aİ-nin Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edəcəyini nəzərdə tutub. Şərtlərin arasında ölkənin antiterror qanunvericiliyinə dəyişikliklərin edilməsi də var, lakin Ankara bu dəyişikliklərin yolverilməz olduğunu və dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. (apa)
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi