ABŞ BMT-nin Təhlükəsizlik Şurasını sərt tənqid etdi
Bizi izləyin

Dünya

ABŞ BMT-nin Təhlükəsizlik Şurasını sərt tənqid etdi

İsrail dövlətinin Məscidi-Aksada ibadət etmək istəyən müsəlmanlara tətbiq etdiyi terror sanksiyaları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, müzakirə zamanı ABŞ təmsilçisi Nikki Haley şuranın müzakirə mövzusuna sərt reaksiya verib.

N.Haley BMT-nin hər ay təşkil etdiyi “Fələstin daxil olmaqla, Yaxın Şərqdəki hadisələr” toplantılarını sərt tənqid edib.

O, müzakirə zamanı Təhlükəsizlik Şurasının İsrail mövzusunu vərdiş halına gətirdiyini deyib. Sonra İsrail və Fələstin arasındakı getdikcə artan gərginliyə qısa münasibət bildirməklə, İran və Hizbullah haqqında geniş nitq söyləyib və onları Yaxın Şərqdəki problemlərin qaynağı kimi göstərib.

Qüds şəhərində gərginliyin artması ilə birlikdə hamının narahatlığının çoxaldığını deyən ABŞ təmsilçisi bu gərginliyi azaltmaq və problemləri aradan qaldırmaq üçün çağırış edib. O, Qüds şəhərindəki müqəddəs məkanlara təhlükəsiz şəkildə daxil olmağın son dərəcə önəmli olduğunu deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm