Millət vəkili parlamentdə şou göstərdi - FOTOLAR
Bizi izləyin

Dünya

Millət vəkili parlamentdə şou göstərdi - FOTOLAR

Dünən Türkiyə Parlamentində maraqlı, eyni zamanda gərgin anlar yaşanıb.

Publika.az xəbər verir ki, CHP-nin İstanbuldan seçilən millət vəkili Sezgin Tanrıkulu 3 km uzunluğu olan qanun layihəsi ilə çıxış edib.

O, qanun layihəsini yazdığı kağızları bir-birinə yapışdıraraq əyləşdiyi yerdən çıxış kürsüsünə qədər uzadıb.

Millət vəkili parlamentdəki daxili qaydaları protesto edərək, vəkillərin çıxışlarının məhdudlaşdırılmasına etiraz edib.

Parlamentin sədri Ahmet Aydın millət vəkilinin bu hərəkətindən hiddətlənib və müzakirəyə ara verib. Lakin Tanrıkulu kürsüdə gözləməyə davam edib. Fasilədən sonra çıxış edən A.Aydın millət vəkilinə xəbərdarlıq edib. O, bu cür hərəkətlərin xoş olmadığını və bir daha təkrarlanmamasını rica edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm