Bu ölkə benzin və dizel yanacağı ilə işləyən maşınlardan imtina edir
Bizi izləyin

Dünya

Bu ölkə benzin və dizel yanacağı ilə işləyən maşınlardan imtina edir

İngiltərə hökuməti 2040-cı ildən etibarən ölkədə dizel və benzinlə işləyən avtomobillərin istifadəsini qadağan edəcək.

Publika.az xəbər verir ki, hökumət bu qərarı havanın çirklənməsi ilə mübarizə məqsədilə qəbul edib.

Hökumət problemin həllinə dəstək üçün dövlət büdcəsindən 255 milyon sterlinq maliyyə də ayırıb. Bu büdcə sayəsində bələdiyyələr ölkənin bütün ərazilərində havanın çirklənməsi ilə mübarizə aparacaq.

İngiltərədə havanın həddən artıq çirkli olmasının bir ildə 40 000 insanın erkən ölümünə səbəb olduğu bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm