İŞĞAL PLANI başladı: “Muzdlu qatil”in ordusu hücuma hazırlaşır
Bizi izləyin

Dünya

İŞĞAL PLANI başladı: “Muzdlu qatil”in ordusu hücuma hazırlaşır

Yaxın Şərqin “muzdlu qatili” olaraq tanınan Muhammed Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb.

Publika.az xəbər verir ki, bir il yarım əvvəl Sina yarımadasında qurulan düşərgə Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklənir.

“Yeni Şafak” qəzetinin məlumatına görə, düşərgədəki terrorçular Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla Yaxın Şərqdə sensasiyalı terror aktları törətmək üçün hazırlanır. Kamikadze qrupları isə İŞİD-in Liviya qanadını yaradan Əbu Hafs hazırlayır. İlk hədəf Qəzzanı işğal etməkdir.

M.Dahlanın planına görə, İŞİD qrupları Qəzzaya yerləşdiriləcək və İsrailin nəzarətindəki bölgələr raketlərlə vurulacaq, həmçinin, müxtəlif terror aktları törədiləcək. Beləliklə, “İŞİD Qəzzanı işğal etdi” rəyi yaradılacaq. Qəzzaya hücumla yanaşı, Misirdə bir sıra yüksəkvəzifəli şəxslərə sui-qəsd ediləcək.

Məlumata görə, 700 nəfərlik təxribatçı komanda 8 nəfərlik qrup şəkilində Qəzza ətrafındakı hücrələrə yerləşdirilib.

İsrailin Qəzza ilə birlikdə Qüds, El Halil, Beytullahim kimi bölgələri işğal etməsi sürətlənəcək. Dahlan, Muhammed Bin Ziyad və Abdulfettah Sisinin birgə planına əsasən, terrorçular Qəzza ilə yanaşı, Türkiyə və Qətər kimi ölkələrə də hücuma keçəcək. Bütün bu hücumlara “SKY News” və Gad Tv vasitəsilə informasiya dəstəyi veriləcək. Artıq Sinadakı düşərgədən 900-a qədər terrorçunun hədəfdə olan ölkələrə göndərildiyi deyilir.

Bu plana Birləşmiş Ərəb Əmirliyi tərəfindən 700 milyon dollar xərclənib. Terrorçular xüsusi təlim keçiblər, lakin terror hücumları İŞİD-in üslubuna uyğun həyata keçiriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm