Rəsmi Moskva Vaşinqtonu TƏHLÜKƏ MƏNBƏYİ adlandırıb
Bizi izləyin

Dünya

Rəsmi Moskva Vaşinqtonu TƏHLÜKƏ MƏNBƏYİ adlandırıb

"Rəsmi Moskva ABŞ-ı təhlükə mənbəyi hesab edir və buna uyğun olaraq qərarlar qəbul edir".

Publika.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməsini şərh edən nazir müavininin sözlərinə görə, bu, ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir.

“Onlar təlxəklik edib öz həddini bilmirlər. Bunu belə anlamaq və sakit tərzdə, təmkinlə, götür-qoy edib hərəkət etmək lazımdır. Baş verənlər məntiqə və sağlam düşüncəyə sığmır”, - deyə o bildirib

Nazir müavini Vaşinqtonun hərəkətlərini Rusiya ilə münasibətləri normallaşdırmaq perspektivlərini məhv etmək istiqamətində atılan addım adlandırıb.

Qeyd edək ki, iyulun 25-də Nümayəndələr Palatası mütləq səs çoxluğu ilə (419 lehinə, 3 əleyhinə) Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib. Qanun qəbul ediləcəyi təqdirdə ABŞ şirkətləri və fərdi şəxslərə 14 gündən çox müddətə Rusiya banklarını kreditləşdirmək qadağan ediləcək. Hazırda bu müddət 90 gün təşkil edir. Həmçinin Rusiyanın neft-qaz sənayesində çalışan şirkətlərin kreditləşmə müddətinə də məhdudiyyət qoyula, bu müddət 30 günədək endirilə bilər.

ABŞ-nın bu təşəbbüsünün Avropa İttifaqını da narazı saldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm