İkinci çevriliş və sui-qəsdlər – Türkiyəni bu tarixdə VURACAQLAR
Bizi izləyin

Dünya

İkinci çevriliş və sui-qəsdlər – Türkiyəni bu tarixdə VURACAQLAR

“Ordu içində FETÖ-çülər təmizlənir, buna görə də ikinci çevrilişin ola biləcəyi ehtimalı zəifdir. Lakin FETÖ son variant kimi sui-qəsdlərə əl ata bilər”.

Publika.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzetinin köşə yazarı Nuri Elibol deyib.

N.Elibol kəşfiyyat mənbələrinə istinadən qeyd edib ki, FETÖ siyasi sui-qəsdlər törədə bilər:

“Buna görə də ehtiyatlı olmalı və kadr siyasətinə ciddi diqqət yetirməliyik. Ən böyük problem isə sistemdə zəifliyin olmasıdır”.

Türkiyəli yazar hesab edir ki, ordu və təhlükəsizlik sistemində zəif nöqtələr aradan qalxmasa, ordu içindəki “laik” (dünyəvi) qrup ikinci bir çevriliş törədə bilər.

“Zəifliklər 2019-cu il prezident seçkilərinə qədər aradan qaldırılmalı, islahatlar həyata keçirilməlidir. Əks təqdirdə seçki öncəsi çevriliş cəhdləri ola bilər”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm