Rusiya Ərdoğanı təkzib etdi: “S-400” üçün imzalar atılmadı
Bizi izləyin

Dünya

Rusiya Ərdoğanı təkzib etdi: “S-400” üçün imzalar atılmadı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan “S-400” havadan müdafiə kompleksinin alınması barədə verdiyi açıqlamanı rəsmi Moskva təsdiq etməyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Qəzetin verdiyi xəbərə görə, hərbi-texniki sahədəki qaynaqlar bu xəbərin doğruluğunu təsdiq etməyib. Onlar, görüşlərin uzun müddətdir davam etdiyini, lakin razılaşmanın imzalanmadığını bəyan edib.

Rusiyanın Ankaradakı səfiri Timur Əhmədov bu açıqlamanın Qərb dövlətlərinə qarşı Türkiyənin gücünün və müdafiə sisteminin sərgilənmə niyyətindən irəli gələ biləcəyini ehtimal edib:

“Ərdoğanın “S-400” barədə açıqlamaları Qərbə qarşı sərgilənən güc nümayişinin davamı olaraq görünür. Türkiyə bu ifadələrlə rəsmi Brüssel və Vaşinqtonun əksinə, özünə aid bir yolu olan ölkə təəssüratı yaradır. Rusiya ilə işbirliyi kimi bir strategiyanın mövcudluğu Türkiyənin qərbdəki əməkdaşlarının gözündə bu ölkənin önəmini və ciddiyyətini artırır”.

Qeyd edək ki, Ərdoğan “S-400” raketlərinin alınması ilə bağlı “Biz Rusiya ilə bu mövzuda lazım olan addımları atdıq. İmzalar da atıldı və inşallah, “S-400”ləri ölkəmizdə görəcəyik” açıqlamasını vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm