Dünya
Ruhanidən Vaşinqtona sərt cavab: “İran silahlanmaqda davam edəcək”
İran prezidenti Həsən Ruhani Vaşinqtonun yeni sanksiyalarına cavab olaraq sərt bəyanat verib. Publika.az-ın “İran Press TV”-ə istinadən məlumatına görə, o, "ölkəmizin mənfəətləri üçün bütün addımları atacağıq. ABŞ-ın sanskiya və siyasətini nəzərə almadan yolumuza davam edəcəyik" deyib.
Ruhani istənilən xarici təzyiqə baxmayaraq, hərbi silahlanmanı davam etdirəcəklərini vurğulayıb:
"Başqalarının fikirləri nə olursa olsun, müdafiə qabiliyyətimizi gücləndirməli və silahlanmalıyıq”.
Qeyd edək ki, ABŞ parlamentinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya yeni sanksiya tətbiq olunması yönündə səs vermişdi. Donald Tramp isə Tehranı “indiyə qədərki ən pis anlaşma” kimi xarakterizə etdiyi nüvə anlaşmasının şərtlərini pozmaqda günahlandırır.
Ötən həftə ABŞ prezidentinin İrana yeni sanksiyalar tətbiq etmək niyyətində olduğu idda edilmişdi. Ruhani bu xəbərlərə cavab olaraq isə "Düşmən razılaşmanın bir qismini pozsa, biz də pozarıq. Əgər hamısını pozsa, biz də hamısını pozacağıq”.
Amin
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi