Almaniya ABŞ-a xəbərdarlıq etdi: “Sanksiyalar siyasətinin oyuncağı olmamalıdır”
Bizi izləyin

Dünya

Almaniya ABŞ-a xəbərdarlıq etdi: “Sanksiyalar siyasətinin oyuncağı olmamalıdır”

Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının qanuniləşdirdiyi sanksiyalara sərt reaksiya verib.

Publika.az xəbər verir ki, nazirliyin spikeri Martin Şafer məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, sanksiyalar ABŞ-ın kommersiya gəlirlərini dəstəkləyən siyasət mexanizmi halına gəlməməlidir.

Alman hökumətinin sözçüsü Ulrayk Demmer də Avropa sənayesinin ABŞ-ın tətbiq etdiyi sanksiyaların hədəfində olmaması lazım olduğunu deyib.

Alman hökuməti sanksiyaların alman şirkətlərinə maddi zərər vuracağından narahatdır. Almaniya sanksiyaların təbii qaz boru xətləri layihələrinin Rusiya ilə birlikdə həyata keçirilməsinin əngəlləməsindən ehtiyat edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm