İsrail XİN-dən Ərdoğanla bağlı sərt BƏYANAT
Bizi izləyin

Dünya

İsrail XİN-dən Ərdoğanla bağlı sərt BƏYANAT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AK Partinin toplantısındakı çıxışında İsraili hədəf almasından sonra İsrail Xarici İşlər Nazirliyindən cavab gecikməyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik rəmsi bəyanatında bu fikirlərə yer verib:

"Türkiyə prezidenti Ərdoğanın partiya üzvləri ilə toplantısındakı ifadələri axmaqcadır, xəyalidir və səhvdir. Öz ölkəsinin çətin problemləri ilə maraqlansa, daha yaxşı olardı. Osmanlı İmperatorluğu geridə qalıb. Qüds keçmişdə də yəhudi xalqının paytaxtı idi, indi də elədir və gələcəkdə də elə olacaq. Hökumətimiz keçmişə nəzərən təhlükəsizliyə, azadlığa, inanc azadlığı və bütün azlıqların hüquqlarına hörmətlə yanaşır. Şüşədən sarayda yaşayanların başqalarına daş atmamalıdır”.

Nazirliyin mövqeyi rəsmi tvitter səhifəsində də yerləşdirilib.

Xatırladaq ki, Ərdoğan məlum toplantıda Əqsa Məscidindəki iğtişaşı nəzərdə tutaraq bunları söyləmişdi: "Bizlər Əqsa Məscidinə qədər sahib çıxsaq, gözlərini ora dikənlərin işləri də o qədər çətinləşər. Ürəyimizdə yarısı Məkkə, yarısı Mədinə, üzərində də bir tül kimi Qüds var. Gəlin Qüdsə sahib çıxaq. İsrailin Əqsa məscidinə müsəlmanların girməsinə mane olan son günlərdəki rəftarını şiddətlə qınayırıq. Məscidə ibadətə gedən müsəlmanların terrorist rəftarla qarşılaşmasını əsla qəbul edə bilmərik. Bu həmin məscidin müsəlmanların əlindən alınma cəhdidir. Başqa izahı yoxdur”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm