Azərbaycanın enerji siyasəti Asiya-Sakit Okeanı regionunda
Bizi izləyin

Dünya

Azərbaycanın enerji siyasəti Asiya-Sakit Okeanı regionunda

Azərbaycan enerji siyasətini Asiya-Sakit Okeanı regionuna yayır

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına səfər edib. Ötən il İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Vyetnam prezidenti Truonq Tan Sanq dövlət başçımızı ölkəsinə dəvət etmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Vyetnam münasibətlərinin əsası uzaq tarixdə - 1959-cu il 23 İyulda qoyulub. Həmin il Vyetnam Kommunist Partiyasının banisi Ho Şi Min Azərbaycana gəlmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə bu əlaqələr daha da möhkəmlənmişdi.

Həmin vaxtdan Azərbaycan yalnız Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin idarə edilməsi üçün kadrların hazırlandığı ölkə olmadı, həmçinin Vyetnam neft sənayesinin inkişafına yardım üçün öz mütəxəssislərini bu ölkəyə göndərdi. Neft sənayesi bu gün iki ölkənin arasında əməkdaşlığın əsas istiqamətidir.

Bir neçə il əvvəl Vyetnam dövlət neftqaz şirkəti olan “PetroVietnam” ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında yüksək keyfiyyətli Azərbaycan neftinin alınması haqqında razılaşma imzalanmışdı.

Neftin birinci partiyasının çatdırılması 11 Avqust 2010-cu ildə həyata keçirildi. Vyetnamın “Vietnam National Oil and Gas Group”unun tərkibinə daxil olan “Petrovietnam” şirkəti 2014-cü ildə ARDNŞ-dən 3,5 milyon barel neft alacaq.Vyetnamın “Bach Ho” neft markası ilə qarışdırılan Azərbaycan nefti gücü gündəlik 130 min barel olan “Dung Quat” zavodunda emal olunacaq. “Petrovietnam” şirkəti Dövlət Neft Şirkətindən 2014-2016-cı illərdə neft almaq barədə ARDNŞ-lə razılığa gəlib.

Vyetnam hazırda neft ixracatçısıdır. Perspektivdə isə emal gücünün artırılması planları ilə əlaqədar neft idxalatçısına çevriləcək. Belə ki, 2017-ci ildə ölkə gün ərzində emal gücü 200 min barel olan “Nghi Son” neft emalı zavodunu istismara vermək niyyətindədir. Bütün bunlar isə Vyetnamı neft email sahəsində böyük təcrübəyə malik olan Azərbaycanla əməkdaşlığa sövq edir.

Azərbaycan isə faktiki olaraq dünya bazarlarına enerji resurslarlarının çatdırılması marşrutlarının diversifikasiyası üzrə ardıcıl addımlar atır. İqtisadi və Sosial İnkişafı Mərkəzinin rəhbəri Vuqar Bayramovun sözlərinə görə, Asiya ölkələri ilə ARDNŞ-in əməkdaşlığının faktı yalnız sevindirə bilər”.

“Bu onun göstəricisidir ki, Azərbaycanda enerji ehtiyatlarının çatdırılması marşrutlarının diversifikasiyası siyasət icra etməkdə davam edir. Bu bir marşrutdan asılılığın aradan qaldırmasına xidmət edir. Baxmayaraq ki, Avropaya neft ixracı ARDNŞ üçün prioritetdir. Görünür, şirkət yalnız Avropa bazarları ilə kifayətlənmək niyyətində deyil”,- ekspert hesab edir.

Eyni zamanda bütün analitiklər hesab edir ki, energetika sahəsində əməkdaşlıq Vyetnam və Azərbaycanın indiki iqtisadi münasibətlərinin əsasını təşkil edəcək. Belə ki, iqtisadiyyatın digər sahələrində də əlaqələrin inkişafı üçün böyük persperktivlərin olduğu deyilir.

Qeyd etmək lazımdır ki, Hind-Çin yarımadasının şərqində yerləşən Vyetnam Cənubi Çin dənizinin sahili boyunda əlvərişli ticari mövqeyə malikdir.

Vyetnamın mövqeyi dəniz vasitəsilə Filippin, Malaziya, Sinqapur, Çin və Tayvanla ticari əməkdaşlıq etmək imkanı yaradır, eyni zamanda Laos və Kamboca kimi dənizə çıxışı olmayan dövlətlər üçün keçid rolunu oynayır. Vyetnamın şərqlə qərbi, şimalla cənubu birləşdirən ticari yollara çıxışının olması bu dövlətin mövqeyinin əhəmiyyətini daha da artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm