Venesuelada tətil: 3 müxalifətçi öldürüldü - FOTOLAR
Bizi izləyin

Dünya

Venesuelada tətil: 3 müxalifətçi öldürüldü - FOTOLAR

Cənubi Amerikada yerləşən Venesuelada müxalifətin elan etdiyi ümumi tətillərin ikinci günü polis və vətəndaşlar arasında qarşıdurmalar yaşanıb.

Publika.az xəbər verir ki, paytaxt Karakasda baş verən etirazlarda 3 vətəndaş həlak olub.

Şəhərin bir çox küçələrində barrikadalar qurulub. Polis vətəndaşlara qarşı bibər qazı və plastik mərmilərdən istifadə edir. Müxalifətçilər isə daş və molotov kokteyli istifadə edərək polisə təzyiqlər göstərir.

Qeyd edək ki, prezident Nikolas Maduro yeni konsitutsiya yaratmaq üçün parlamentlə bağlı referendum keçirmək niyyətindədir. Müxalifətçilər isə referendumun ləğv edilməsini istəyir.

Müxalifətə dəstək verən ABŞ, Fransa, İspaniya kimi dövlətlərin çağırışlarını rədd edən prezident təzyiqlərə baxmayaraq, referendumu keçirəcəyini bəyan edib.

Mart ayının sonundan etibarən Konsitutsiya Məhkəməsinin fəaliyyətini məhdudlaşdıran siyasətə qarşı etirazların başladığı ölkədə baş verən qarşıdurmalarda bu günədək 106 nəfər həlak olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm