Dünya
Dünyanın ən varlı adamı kimdir? - Lider dəyişdi
“Amazon” kompaniyasının səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlı insanları siyahısında ilk pilləyə çıxarıb.
Publika.az xəbər verir ki, 53 yaşlı biznesmen “Microsoft” kompaniyasının banisi Bill Geytsi 200 milyon dollar qabaqlayaraq dünyanın ən varlı insanı olub. Hazırda onun varidatı ümumilikdə 90,9 milyard dollar, Bill Geytsin varidatı isə 90,7 milyard dollar həcmində qiymətləndirilir. Sonuncu 2013-cü ildən bəri dünyanın ən varlı insanı statusunu daşıyırdı.
Səhmləri mart ayından başlayaraq 16,5 milyard dollar bahalaşan “Amazon” kompaniyasının son həftə ərzində daha 2 faiz dəyər qazanması Ceff Bezosun sərvətinin də 2,2 milyard dollar artmasına səbəb olub.
İlin əvvəlindən varidatı sürətlə artan Bezos dörd ay əvvəl ispaniyalı Amansio Orteqanı ötərək reytinqdə ikinci yerə yüksəlmişdi. (Azərtac)
-
Hadisə18:26
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?