İordaniya kralından sərt bəyanat: “Siyasi şoumenlik göstərməsin, işini görsün!”
Bizi izləyin

Dünya

İordaniya kralından sərt bəyanat: “Siyasi şoumenlik göstərməsin, işini görsün!”

Bir təhlükəsizlik işçisinin Əmmandakı İsrail səfirliyində 2 İordaniya vətəndaşını öldürməsi səbəbilə ölkələr arasında başlayan diplomatik böhran dərinləşməkdə davam edir.

Publika.az xəbər verir ki, İordaniya İsrailə qayıdan işçinin məhkəmə prosesi başlayana qədər İsrail səfirinin və onun bütün işçilərinin ölkəyə girişini qadağan edib.

İordaniyanın səlahiyyətli şəxsləri cinayət haqqında İsrailin doğru-dürüst bir istintaq işi açmasına qədər səfiri ölkəyə buraxmayacaqlar.

İordaniya kralı II Abdullah İsrailin Baş naziri Bünyamin Yetanyahunun hadisəyə münasibətini sərt şəkildə qınayıb. O, baş nazirin reaksiyasının hiddətləndirici və qəbuledilməz olduğunu deyib:

“Netanyahunun davranışı hamımızı əsəbiləşdirdi. Cinayətkarın qəbul edilməyəcək bir şəkildə qarşılanması hiddətləndirici bir vəziyyətdir. İsrailin Baş naziri siyasi şoumenlik göstərmək əvəzinə səlahiyyətlərini lazımınca yerinə yetirməlidir. Qatilin ittiham edilməsi və ədalətin yerini tapması üçün lazım olan bütün qanunlara riayət etməlidir”.

Qeyd edək ki, İsrailin təhlükəsizlik işçisi diplomatik toxunulmazlığı olduğu üçün iordaniyalıları öldürdükdən sonra sərbəst şəkildə ölkəsinə getmişdi. Netanyahu da İsrail səfiri Einat Şalain və həmin cinayətkarla görüş keçirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm