Qandonduran cinayətdən dəhşətli faktlar: “Gülməyinə ara vermirdi”
Bizi izləyin

Dünya

Qandonduran cinayətdən dəhşətli faktlar: “Gülməyinə ara vermirdi”

Kenned Rey Manzanares adlı ABŞ vətəndaşı birlikdə dəniz səyahətinə çıxdığı arvadını gəmidə öldürüb.

Publika.az xəbər verir ki, cinayətkar polisə verdiyi ifadədə arvadının ona həddən artıq çox güldüyünü və onu bu səbəbdən vurduğunu deyib.

Təhlükəsizlik və tibb işçiləri şahidlərdən birinin şikayətindən dərhal sonra hadisə yerinə gəlib.

Onlar Manzaresi əlləri qana bulanmış, həyat yoldaşını isə başından yaralanmış formada tapıblar. Şahidlərdən biri cinayətkarın arvadını gəminin balkonuna doğru sürüdüyünü, daha sonra yenidən kayuta apardığını deyib.

Həyat yoldaşını soyuqqanlılıqla öldürən Manzares polislər tərəfindən bölməyə aparılarkən qışqıraraq həyatının məhv olduğunu və peşman olduğunu etiraf edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm