London faciəsi Helsinkidə təkrarlandı - Ölən var
Bizi izləyin

Dünya

London faciəsi Helsinkidə təkrarlandı - Ölən var

Qəzanı törədən sürücünün saxlanıldığı bildirilir.

Finlandiyanın paytaxtı Helsinkidə avtomobil insan kütləsinə çırpılıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, naməlum şəxs maşını kütlənin üstünə sürüb. Hadisə nəticəsində 1 nəfərin öldüyü bildirilir. Xəsarət alanların sayı dəqiq açıqlanmır.

Qəzanı törədən sürücünün saxlanıldığı bildirilir.

İyunun əvvəlində London körpüsündə də eyni hadisə baş vermişdi. Maşından düşən 3 silahlı terrorçu insanlara hücum etmişdi. Polis terrorçuları zərərsizləşdirmiş, 7 nəfər həyatını itirmişdi.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm