Keçmiş nazir həbs edildi
Bizi izləyin

Dünya

Keçmiş nazir həbs edildi

Yunanıstanın keçmiş rabitə və nəqliyyat naziri Tasos Mandelis həbs edilib.

Publika.az xəbər verir ki, nazir rüşvət almaq və çirkli pulları yumaq iddiası ilə ittiham edilib.

Afina Ağır Cinayətlər Məhkəməsində aparılan prosesdə keçmiş nazir 8, köməkçiləri İlias Corcia 12 il, Aristidis Mandas isə 3.5 il həbs cəzasına məhkum edilib.

Təxminən, 6 aydır davam edən məhkəmə prosesində Mandelis və köməkçilərinin hazırki vəziyyətləri və cinayət törətməmək təminatları nəzərə alınaraq həbs cəzası təxirə salınıb. Müttəhimlər dövlətə vurduqları ziyanları ödəyəcəklər.

Qeyd edək ki, Mandelis yunan Telekommunikasiya şirkəti “OTE”-nin modernizasiyası mövzusunda Almanıyanın “Siemens” şirkəti ilə əldə edilən razılaşma qarşılığında 450 000 alman markı rüşvət alıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm