Turistlərin qaldığı oteldə yanğın: 14 nəfər zəhərləndi
Bizi izləyin

Dünya

Turistlərin qaldığı oteldə yanğın: 14 nəfər zəhərləndi

Türkiyənin Antalya şəhərinin Kəmər bölgəsində turistlərin qaldığı oteldə yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, yanğının tüstüsündən zəhərlənən 14 nəfər təcili xəstəxanaya yerləşdirilib.

Zəhərlənən turistlərdən 4-ü Rusiya vətəndaşıdır.

Xilasetmə dəstələri otaqlarında köməksiz qalan insanları nərdivanlar vasitəsilə binadan təxliyə edib.

Hadisə yerinə gələn jandarm üzvləri yanğının binanın zirzəmisindəki mətbəxdə yerləşən elektrik qovşağından çıxdığını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm