Tramp Administrasiyasında intriqa başlandı - Ağ Evin dəhlizlərində MÜHARİBƏ
Bizi izləyin

Dünya

Tramp Administrasiyasında intriqa başlandı - Ağ Evin dəhlizlərində MÜHARİBƏ

Ağ Evdə Tramp Administrasiyasının nümayəndələri arasında intriqa savaşı başlanıb.

Publika.az xəbər verir ki, Trampın ictimaiyyətlə əlaqələr üzrə yeni köməkçisi Antoni Skaramukki “The New Yorker” jurnalının müxbiri Ryana Lizza ilə telefon danışığında Ağ Evin baş strateqi Steve Bannonun arxasında pis-pis söyüşlər söyüb.

A.Skaramukki həmçinin, Trampın xüsusi nümayəndəsi Reince Priebusu “şizofren, paranoyak” adlandırıb. Skaramukki daha sonra tvitter səhifəsində dediyi sözlərə görə üzr istəyib.

“Yeni Şəfəq” qəzeti Ağ Evdə intriqa müharibəsinin başlandığını yazıb.

“Bu, Ağ Evdə ilk qalmaqal deyil. Tramp Administrasiyasında böhranlar prezident seçkilərindən sonra başlandı. Əvvəlcə Trampın kürəkəni və xüsusi nümayəndəsi Jared Kusher, Steve Bannon, dövlət katibi Reks Tillerson, ədliyyə naziri Jeff Sessions, hətta Donald Trampın özünün da söyüşlü danışıqları mediaya sızdı. Məlumatlara görə, Trampın NATO, Çin və ABŞ Mərkəzi Bankı haqda düşüncələrindəki U dönüşlərinin səbəbi də Kusher və Bannon arasındakı qarşıdurma olub. Son bir neçə həftədə Trampın Reks Tillerson və Jeff Sessionsla da qarşıdurma yaşadığı haqda məlumatlar var”, - deyə qəzet yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm