Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”
Bizi izləyin

Dünya

Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”

Odessa şəhərinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna dövlət başçısına sərt ittihamlar yağdırıb.

Publika.az xəbər verir ki, o, Poroşenkonun alverçi kimi hərəkət etdiyini deyib.

M.Saakaşvili Poroşenko ilə işləyərkən etdiyi ən böyük səhvini də etiraf edib.

O, prezidentin motivasiyasını yanlış anladığını və bunun bağışlanılmaz səhv olduğunu deyib.

Bir dövlətə başçılıq etməsinə rəğmən, Poroşenkonun adi alverçi kimi hərəkət etdiyini deyən Saakaşvili onun tək dərdinin pul qazanmaq olduğunu açıq-açıq bildirib:

“Ukrayna Dövlət Başçılığı İdarəsində işlədim. Poroşenkonun öz otağında zamanının böyük hissəsini şəxsi kommersiya işlərinə ayırdığının şahidiyəm”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm