Kremldən şok bəyanat: “Ukraynanın ərazi bütövlüyünə zəmanət vermirik”
Bizi izləyin

Dünya

Kremldən şok bəyanat: “Ukraynanın ərazi bütövlüyünə zəmanət vermirik”

Kremldən şok bəyanat: “Ukraynanın ərazi bütövlüyünə zəmanət vermirik”

“Rusiya Ukraynanın ərazi bütövlüyünə zəmanət verməyib və zəmanət verməyə məcbur deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya Federasiyasının baş naziri “Bloomberg TV” telekanalına müsahibəsində deyib.

Telekanal əməkdaşının “Rusiyanın Ukraynanın hər hansı bir hissəsini zəbt etmək niyyəti varmı” sualına cavab verərkən baş nazir sualın quruluşundan narazı qalıb. “Biz Ukraynanın heç bir hissəsini zəbt etmədik. Əgər siz Krıma işarə vurursunuzsa, Krımda vəziyyət tamamilə başqa idi. Orada əhali öz müqəddəratını təyin edərək mövcud prosedurlar çərçivəsində Rusiyaya birləşmək istədi. Rusiya özünə hansısa torpaqları birləşdirmək istədiyi barədə deyilənləri hətta şərh etmək istəmirəm”,- D.Medvedyev bildirib.

Rusiya baş naziri Qərbdən bir sıra təminatlar da istəyib: “Biz təminat istəyirik ki, Qərb Ukraynanı NATO-ya cəlb etməyəcək, ölkənin şərqində yaşayan əhalinin rus dilində danışmaq imkanları əlindən alınmayacaq və milliyyətçi “Sağ sektor” rusdilli əhaliyə qarşı təzyiqlər etməyəcək. ABŞ və Qərb Ukraynanı NATO-ya daxil etmək planından geri çəkilməlidir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm