Ankara polisindən daha 470 nəfər uzaqlaşdırıldı
Bizi izləyin

Dünya

Ankara polisindən daha 470 nəfər uzaqlaşdırıldı

Publika.Az xəbər verir ki, yanvarın 22-də çoxu Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları olmaqla 470 polis məmurunun iş yeri dəyişdirilib.

“Böyük rüşvət” əməliyyatından sonra yeni daxili işlər naziri Efkan Alanın vəzifəyə gəlişi ilə Türkiyə polisində işdən qovulma və iş yerini dəyişdirmə prosesi davam edir.


Publika.Az xəbər verir ki, yanvarın 22-də çoxu Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları olmaqla 470 polis məmurunun iş yeri dəyişdirilib.

17 Dekabr rüşvət və korrupsiya əməliyyatı Ankara Polis İdarəsində yüksək çinli məmurların işdən çıxarılasına səbəb olub. Son əməliyyatla isə 17 dekabrdan əvvəl çalışan heyət tamamilə dəyişdirildi.

Ankara polis idarəsində daha öncə müxtəlif şöbələrdən 90 nəfəri rütbəli olmaqla 670 polis məmuru başqa şəhərlərə göndərilmişdi.Vəzifədən kənarlaşdırma təkcə polisdə deyil, eyni zamanda prokurorluq, maliyyə, dövlət televiziyası TRT kimi fərqli qurumlarda da yaşanıb.

“Korrupsiya əməliyyatı”ndakı həbsləri və bu həbsləri həyta keçirən polis və prokurorların işdən çıxarılmasını islamçı baş nazir Receb Təyyib Ərdoğanla hazırda sürgündə olan ilahiyyatçı lider Fətullah Gülən arasındakı mübarizə ilə izah edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm