Ərdoğanın partiyası dağılır: Son iki gündə 700 nəfər istefa verib
Bizi izləyin

Dünya

Ərdoğanın partiyası dağılır: Son iki gündə 700 nəfər istefa verib

“Partiyadan gedənlərin sayı 700 nəfəri keçib. Kəndlərdəki yoldaşlarımızla birlikdə ümumilikdə partiyadan gedənlərin sayı 1500 nəfəri keçəcək”,

Türkiyənin hakim partiyası olan AKP-də kütləvi itefalar baş verib. ANS PRESS-in “Haber Türk” saytına istinadən verdiyi məlumata görə, Diyarbəkir Çüngüş bələdiyyə başçısı Mehmet Geçitlinin partiyadan getməsindən sonra 700 nəfər partiyadan ayrılıb. Ötən gün 400 nəfər partiyadan istefa verib. Bu gün isə daha 300 nəfər partiyanı tərk edib.

“Partiyadan gedənlərin sayı 700 nəfəri keçib. Kəndlərdəki yoldaşlarımızla birlikdə ümumilikdə partiyadan gedənlərin sayı 1500 nəfəri keçəcək”, - deyə Mehmet Geçitli bildirib.

Qeyd edək ki, Mehmet Geçitli atdığı addımı xəyanətə uğraması il əlaqələndirib: “Mənə bələdiyyə seçkilərində vahid namizəd olacağım barədə demişdilər. Lakin sonra başqa birisini namizəd seçdilər. Mənim sayəmdə AKP Çüngüşdə bərqərar oldu. Lakin mənə verilən sözü tutmadılar. Xalq mənim bələdiyyə başçısı olmağımı istəyir. Onlarla görüşüb bir qərar verəcəyəm. Ola bilər ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm