Diktatorun qardaşı qadınlarla əylənir
Bizi izləyin

Dünya

Diktatorun qardaşı qadınlarla əylənir

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnin böyük qardaşı Kim Çen Nam xaricdə yaşayır. Əvvəllər Kim Çen Nam ictimaiyyət arasında görünməkdən qaçardı. İndi isə o, ictimai yerlərdə tez-tez gözə dəyir.

Seul telekanallarının verdiyi məlumata görə, Kim Çen Namı Cakartada restoranların birində iki yaraşıqlı qadınla görüblər. İndoneziyada yerləşən İtalyan restoranının müştərilərindən biri sübut kimi Şimali Koreya liderinin qardaşının şəkilini çəkib.

Qeyd olunur ki, Kim Çen Nam ictimai fəaliyyətlə məşğul olaraq tez-tez Sinqapur, Malaziya, Fransaya səyahət edir. O, daimi yaşayış kimi Çində yerləşən villasını seçib.

Kim Çen Nam atası Kim Çen İrdən sonra prezidentliyə real namizəd olub. Lakin 2001-ci ildə Tokioada yerləşən “Disneylend”-ə getmək üçün saxta sənədlərlə yaxalandıqdan sonra inamı itirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm