Rusiya yanır
Bizi izləyin

Dünya

Rusiya yanır

Rusiyanı meşə yanğınları bürüyüb.

“Axar.az” xəbər verir ki, ölkə ərazisində baş verən yanğınlar zamanı yüzlərə ölənin olduğu bildirilir.

Rusiya mətbuatında isə bununla bağlı heç bir məlumat verilimir. Bloggerlər buna səbəb kimi Ukraynadakı məlum hadisələri göstərirlər. Çünki bütün gücü ilə Ukraynaya yüklənən Rusiya hakimiyyəti güclü meşə yanğınları və yüzlərlə insan tələfatının ölkə əhalisinə mənfi təsir edə biləcəyindən narahatdır.

Sosial şəbəkələrdə isə dəhşətli yanğının görüntüləri yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl ukraynalı bloggerlər Rusiyada qatı meşə zolaqlarının, həmçinin tez alışan torf örtüklərinin sürətlə alovlanacağını, yanğından irəli gələn boğucu tüstü qatının iri şəhərləri, meqapolisləri bürüyəcəyini bildirmişdilər.

Hətta Omsk və Tomsk vilayətlərini meşə yanğınlarının əhatə etdiyi ilə bağlı xəritə nümayiş olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm