“Çəngəlli imam”a ömürlük həbs cəzası
Bizi izləyin

Dünya

“Çəngəlli imam”a ömürlük həbs cəzası

Misirli Əbu Həmzə 11 cinayətdə təqsirli bilinir.

Publika.az” xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə “Çəngəlli İmam” olaraq tanınan və iki il əvvəl ABŞ-a ekstradisiya edilən misirli Əbu Həmzə andlılar heyəti tərəfindən dörd həftəlik mühakimədən sonra 11 cinayətdə təqsirli bilinib. Həmzənin ömürlük həbsə məhkum ediləcəyi ehtimal edilir.

Xatırladaq ki, Əbu Həmzə ABŞ-ın Manhetten ştatındakı Federal Məhkəmədə mühakimə edilib. O,11 sentyabr hadisəsini təqdir etmək, terror düşərgələrinə yaraqlılar cəlb etmək və Yəməndə turistləri qaçırmaq da olmaqla 11 cinayət epizodunda təqsirkar görülüb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm