.jpg)
ABŞ Sergey Maqnitski kimi adlandırılan qanuna uyğun
olaraq Rusiyanın 12 vətəndaşı əleyhinə sanksiyalar tətbiq edir. Bu
barədə ABŞ maliyyə nazirliyinin mətbuat xidməti
bildirib.
Onun fərziyəsinə görə, indiki cəza tədbirləri Maqnitskinin
tutulmasına və ölümünə aidiyyətı olan şəxslər barəsində tətbiq
olunur. Onların arasında Butırskaya həbsxanasının, "Matrosskaya
tişina" İstintaq Təcridxanasının və Rusiyanın hüquq-mühafizə
orqanlarının əməkdaşları var. Rusiyanın yüksək vəzifəli şəxsləri bu
siyahıda yoxdur.
Siyahıya Larisa Litvinova, Dmitri Kratov, Aleksandra Qauss, Fikrət
Tağıyev, İqor Alisov, Andrey Kreçetov və digər şəxslər daxil
ediliblər. /Trend/