Şimali Koreya DÖYÜŞ HAZIRLIĞINA gəlir? - HƏYƏCAN
Bizi izləyin

Dünya

Şimali Koreya DÖYÜŞ HAZIRLIĞINA gəlir? - HƏYƏCAN

Publika.az xəbər verir ki, Şimali Koreya 2014-cü ildən bu yana ilk dəfə patrul gəmilərin üzərində gəmivuran raketlər yerləşdirib. Məlumatı, Amerika kəşfiyyat mənbələrinə istinadən Fox News telekanalı yayıb.

Telekanalın məlumatına görə, KXDR-in şərq sahillərində, Txeydonq limanında 2 qanadlı raket - Stormpetrel yerləşdirilib. Bu ərazidə KXDR-in qərb donanmasının qərargahı yerləşir. Bu barədə məlumat ABŞ casus-peyklərinin köməyi ilə alınıb. Raketlərin texniki parametrləri isə göstərilmir.

"Rəsmi Pxenyanın son hərəkətləri növbəti raket sınaqları ehtimalını göstərir və ya ABŞ silahlı qüvvələrinin Koreya yarımadasına doğru daha çox gəmi göndərəcəyindən ehtiyatlanaraq qoruyucu tədbir xarakteri daşıyır", - deyə mənbəyə istinadən telekanal bildirib.

ABŞ müttəfiqləri ilə birgə, o cümlədən Yaponiya və Cənubi Koreya ilə Koreya yarımadasının sahillərində mütəmadi hərbi təlimlər keçirir. Bu baxımdan, Amerika gəmiləri keşik çəkilməsi üçün vaxtaşırı Şimali Koreya sahillərinə göndərilir ki, bu da, rəsmi Pxenyanı hövsələdən şıxarıb.

Katerin göyərtəsinə raketlərin yüklənməsi haqqında məlumatlar, BMT-nin KXDR-ə qarşı sanksiyaları sərtləşdirən yeni qətnaməsinin qəbulundan 2 gün sonra daxil oldu. Sanksiyalara gəlincə, ABŞ-ın hesablamalarına görə, indi Pxenyanın illik valyuta gəlirləri təxminən 3 milyard dollar təşkil edir ki, qətnamədə bunu 1 milyarda qədər azaltmaq nəzərdə tutulub.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm