“Beşgünlük müharibə”nin başlama səbəbi AÇIQLANDI
Bizi izləyin

Dünya

“Beşgünlük müharibə”nin başlama səbəbi AÇIQLANDI

“2008-ci ildə Cənubi Osetiyada müharibəni həmin vaxt ölkə prezidentinin postunu tutmuş Mixail Saakaşvili provokasiya edib”.

Publika.az xəbər verir ki, bu haqda Gürcüstan parlamentinin keçmiş sədri Nino Burdjanadze “Russia Today” (RT) telekanalına müsahibəsində deyib.

“Müharibəyə Saakaşvili başladı. Bu faciəli hadisələrə görə məsuliyyət ilk növbədə onun üzərinə düşür”, - Burdjanadze bildirib.

O qeyd edib ki, Avropa İttifaqı və xüsusi komissiyanın araşdımasının nəticələrinə baxmayaraq, müharibənin başlanmasında Saakaşvilinin rolu haqqında danışmamağa çalışırlar.

Xatırladaq ki, 2008-ci il avqustun 8-də Gürcüstan qoşunları itirdiyi əraziləri qaytarmaq üşün Cənubi Osetiyaya hücüm etdi və Sxinvalinin bir hissəsini dağıtdı. Günün birinci yarısında dünya xəbər agentlikləri gürcü ordusunun müvəffəqiyyətli hücumu və Sxinvaliyə nəzarəti ələ keçirməsi haqda xəbərlər yaymaqda idi.

Moskva Rusiya vətəndaşlığı qəbul edən Cənubi Osetiya sakinlərinin müdafiəsi adı altında hücum əmri verdi. Avqustun 9-da 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olur. Rusiya qoşunları və separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən Roki tunelini geri qaytarır və Rusiya qoşunları bu yolla irəliləyir. Beynəlxalq ictimaiyyətin səyi ilə Rusiya prezidenti Dmitri Medvedev 12 avqust 2008-ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verir. Hərbi məğlubiyyətlər və Rusiya qoşunlarının paytaxt Tiflisin 40 kilometrliyinə çatması Mixail Saakaşvilini 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzalamağa məcbur edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm