Dünya
Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR
“Rusiya Ukrayna ilə sərhəddə qoşunların zərbə briqadalarını toplayır”.
Publika.az xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəhbəri Viktor Mujenko “Liqa.net” saytına müsahibəsində deyib.
“Sərhəddə yaradılan üç yeni diviziyadan söhbət gedir. Bunlar 144-cü, 3-cü və 150-ci motoatıcı diviziyalardır. Onların formalaşması 2016-cı ildə başlanıb”, - Mujenko qeyd edib.
Onun sözlərinə görə, bu diviziyalar bilavasitə Ukrayna-Rusiya sərhədindədir:
“Həmçinin Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin 8-ci ümumqoşun ordusu formalaşdırılıb. Bu onu göstərir ki, Ukrayna-Rusiya sərhədində müəyyən hərbi qruplaşmalar yaradılır”.
Daha əvvəl Rusiya Silah Qüvvələri Baş qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən “Kommersant” nəşrinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin 8-ci ümumqoşun ordusunun komandanlığını təyin edib.
2018-ci ildən 8-ci orduya general-mayor Sergey Kuzovlev komandanlıq edəcək. General-mayor Oleq Sekov qərargah rəhbəri və Kuzovlevin birinci müavini təyin edilib. O, Transqafqaz, Zabaykal, Sibir və Şimali-Qafqaz hərbi dairələrində, həmçinin Monqolustanda xidmət edib.
8-ci ümumqoşun ordusu cənub-qərb strateji istiqamətində, hər şeydən əvvəl Ukrayna ilə sərhəddə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq.
Ömər Dağlı
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var