“Bizə səs verin ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünə "dur" deyək”
Bizi izləyin

Dünya

“Bizə səs verin ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünə "dur" deyək”

“Bizə səs verin ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünə dur deyək”

Fransa 25 may tarixində keçiriləcək Avropa Parlamenti seçkilərinə hazırlaşır. Seçkilərdə iştirak edəcək ultrasağçı “Milli Cəbhə” Partiyası Türkiyə kartından istifadə edərək uğur qazanmaq istəyir.

Publika.az – ın xarici mediaya istinadən verdiyi məlumata görə, seçki kampaniyasını antitürkiyə çağırışları üzərində quran “Milli Cəbhə”nin lideri Marine Le Pen dövlət televiziyası “France 2”yə müsahibə verib.

Marine Le Pen bildirib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünə “dur” deyənlər məhz onun partiyasına səs verməlidir. “Avropa Birliyinin genişləndirilməsi ilə əlaqədar digər partiyalar sizə yalan danışır, daha pis vəziyyətin ortaya çıxmasına imkan verirlər. Türkiyənin Avropa Birliyinə üzv olması kimi layihələri cəsarətləndirirlər”, - o, dilə gətirib.

Xalq Hərəkatı Birliyinin 10 illik iqtidarı dövründə Türkiyənin Avropa Birliyinə üzvlüyünə maneə olmaq üçün lazımı addımların atılmadığını deyən “Milli Cəbhə” lideri “25 May Türkiyənin Avropa Birliyinə üzvlüyünə dur deməyin zamanıdır” deyib. O, qeyd edib ki, Xalq Hərəkatı Birliyi və iqtidardakı Sosialist Partiyasının imzaladığı razılaşmalar qeyri-qanuni immiqrantların ölkəyə istədiyi kimi daxil olmasını təmin edir.

Ölkədə keçirilən rəy sorğuları da Milli Cəbhənin qələbəyə daha yaxın olduğunu göstərir. Partiya 24 faiz səslə ilk sıradadır. Anketdə ikinci sırada 22 faiz səslə ana müxalifət partiyası Xalq Hərəkat Birliyi, iqtidardakı Sosialist Partiyası ilə 17,5 faiz səslə üçüncü yerdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm