“Ukraynanın dağılması dönməz xarakter alıb” – Şok iddia
Bizi izləyin

Dünya

“Ukraynanın dağılması dönməz xarakter alıb” – Şok iddia

“Ukraynanın dağılması dönməz xarakter alıb” – Şok iddia

Bu gün NATO hərbi komitəsinin növbəti iclası keçiriləcək.

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, islacda NATO-ya üzv ölkələrin müdafiə nazirləri Ukraynanın Şimal-Atlantik İttifaqına üzvlük prosesinə yaşıl işıq yandırmalıdır.

Dünən isə hərbi ittifaqın mətbuat xidməti bildirib ki, hərbi komitə partnyorlarla hərbi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcək. İclasin gündəliyinə həmçinin operativ qarşılıqlı təsirin artırılması məqsədilə Ukrayna və Gürcüstanla birgə təlimlərin keçirilməsi daxildir. NATO-nun Ukraynada fəallığı xüsusi olaraq atom elektrostansiyalarının təhlükəsizliyinin təmin olunmasında özünü göstərəcək. Ukraynaya bu məqsədlə hərbi ekspertlərin göndəriləcəyi bildirilir.

Rusiya artıq bu xəbərə bir neçə rəsminin dilindən reaksiya verib. Baş nazirinin müavini atom elektrik stansiyalarının təhlükəsizliyinin qorunmasının MAQATE-nin xüsusi səlahiyyətində olduğunu deyib. Rusiya Baş Qərargahının rəhbəri, ordu generalı Valeri Qerasimov NATO hərbi komitəsinin sədri general Knud Bartels lə telefon söhbətində hərbi alyansın sözügedən fəallığının Avropada təhlükəsizliyin qorunmasına xidmət etmədiyini deyib. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko isə Rusiya Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif etdi.

NATO-nun Ukrayna ilə faəllığının artması onun göstərir ki, alyans gələcəkdə ölkənin yeni hakimiyyətin zamini olaraq çıxış etmək niyyətindədir. Bir neçə gün əvvəl NATO baş katibi Anders Foq Rasmussen bəyan edib ki, ittifaq qapılarını öz gələcəyini NATO-da görənlər üçün açıq saxlayacaq. O, xüsusi olaraq Ukrayna ilə əməkdaşlığı möhkəmləndirmək və bu ölkədəki böhranı nəzərə alaraq hərbi planlarını yenidən gözdən keçirmək niyyətində olduğunu bildirib.

Rusiyanın “Nezavisimaya gazeta” nəşrinin yazarı Vladimir Muxin isə bu qənaətdədir ki, Ukraynanın dağılması prosesi, Sovet İttifaqında olduğu kimi dönməz xarakter alıb.

“Amma NATO rəhbərliyi nədənsə buna inadala fikir vermək istəmir. İstənilən ölkədə hakimiyyətin gücü yalnız güc strukturlarının hüquq səlahiyyətləri ilə ölçülmür, həm də hakimiyyətin onları idarə etmək qabiliyyəti ilə bağlıdır. 1990-1991-ci ildə SSRİ prezidenti Mixail Qorbaçov müttəfiq respublikalarında Daxili İşlər Nazirliklərini yerli hakimiyyətə verdi. Ölkə dərhal amorf oldu və bir çox regionlarda (Dağlıq Qarabağ, Abxaziya və s.) etnik münaqişələr və siyasi böhranlar yarandı. Həmin vəziyyət hazırda Ukraynada müşahidə olunur. Artıq vətəndaş müharibəsinin əlamətləri görünür. Amma NATO bütün bunlara görə Rusiyanı ittiham edir”, - qəzetin yazarı bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm