Hicabsız rəqs edən İran qızları həbs edildi – Video/ Foto
Bizi izləyin

Dünya

Hicabsız rəqs edən İran qızları həbs edildi – Video/ Foto

Farel Uilyamsın “Happy” (“Xoşbəxt”) mahnısına klip çəkildiyi andan bir çox ölkələrdən olan gənclər bu gözəl mahnı sədaları altında rəqs etməyə başlayıb.

Artıq dəb halını almış məşhur mahnıya həvəskar klip çəkmək İran İslam Respublikasına kimi yayılıb. Lakin “Happy” klipində çəkilmiş İran gəncləri polis tərəfindən saxlanılıb. Tehranda çəkilmiş klipə YouTube-da 200,000 baxış olub və bundan sonra ölkə rəsmiləri klipdə çəkilmiş 6-ı gənci sorğu-sual üçün saxlayıb.

Tehran polisi klipi vulqar hesab edib və klipin hazırlanmasında iştirak edənlərin ifadəsini alıb.

Baş vermiş hadisədən məyus olan mahnı müəllifi Farel Uilyams Twitter səhifəsində yazıb: “Xoşbəxtliyi ətrafa yaymaq istəyən uşaqların həbs olunması təəssüf doğurur”.

Klipdə çəkilmiş 6 qız və 6 oğlan İslam rəsmilərini hiddətləndirib. Gənclər artıq “cinayət törətdiklərini” etiraf edib. Qeyd edək ki, klipdə çəkilmiş qızlar hicabsız rəqs edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm