İran yaxın saatlarda... – Moskva müharibə ANONSU VERDİ
Bizi izləyin

Dünya

İran yaxın saatlarda... – Moskva müharibə ANONSU VERDİ

ABŞ sanksiyaları genişləndirməkdə davam edərsə, İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər.

Publika.az “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

“Sanksiyalar üzrə uğursuz təcrübə ABŞ-ın əvvəlki administrasiyasını danışıqlar stolu arxasına gətirib çıxardı. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, şübhəsiz ki, biz qısa vaxtda, həftələr və ya aylar deyil, yaxın günlər və saatlarda əvvəlki vəziyyətimizə qayıdacağıq”, - İran prezidenti bildirib.

İran lideri həmçinin ABŞ prezidenti Donald Trampı “pis partnyor” adlandırıb: “Son aylarda dünya şahid oldu ki, ABŞ Birgə hərtərəfli iş Planı (SVPD) üzrə vədləri daimi pozmasından əlavə olaraq, bir neçə başqa qlobal razılaşmaya əhəmiyyət vermədi və öz müttəfiqlərinə də ABŞ nə yaxşı partnyor, nə də danışıqlarda etibarlı tərəfdaş olduğunu göstərib”.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov hesab edir ki, İranın nüvə proqramı üzrə razılaşmadan çıxışı təhlükəsi tamamilə realdır. Onun sözlərinə görə, bu, Yaxın Şərqdə gərginliyin yeni mərkəzini yaradacaq.

“Bu, real təhlükədir. İran razılaşmadan çıxırsa, Yaxın Şərqdə dərhal gərginliyin yeni mərkəzi yaranacaq. Buna imkan verməmək üçün operativ diplomatik səylər lazımdır. Diplomatlar dərhal işə başlamalıdır, əks halda toplar danışacaq”, - senator bildirdi.

Komitə üzvü İqor Morozov isə əmin edib ki, Moskva İranın nüvə razılaşmasından çıxmaması üçün mümkün olan hər şeyi edəcək.

“Nüvə texnologiyalarının nəzarətsiz yayılması Rusiya da daxil olmaqla, heç kimə xeyir gətirməyəcək”, - Morozov bildirib.

Parlament üzvü vurğulayıb ki, ABŞ-ın indiki siyasəti dünyada gərginliyin yeni zonalarının yaradılmasını stimullaşdıracaq.

Qeyd edək ki, İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin və Almaniya –red.) arasında İranın nüvə proqramı üzrə razılaşma 14 iyul 2015-ci ildə imzalanıb. 16 yanvar 2016-cı ildə qüvvəyə minən Birgə hərtərəfli iş Planının icrası çərçivəsində BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul olunan iqtisadi və maliyyə sanksiyaları ləğv edilib.

Ötən ay isə ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyaları tətbiq edib. Sanksiya siyahısına 18 fiziki və hüquqi şəxs daxil edilib. Sanksiyaların ballistik raketlərin istehsalı ilə əlaqəli olan şəxslər və qurumlara qarşı qəbul edildiyi qeyd olunur. Siyahıya İran ordusu və İran İnqilab Keşikçiləri Korpusuna dəstək göstərən şəxslər və təşkilatlar, habelə ölkədə fəaliyyət göstərən adı çəkilməyən “kriminal qruplaşma” daxil edilib.

ABŞ prezidenti Donald Trampın sözlərinə görə, İranın davranışları nüvə razılaşmasına ziddir.

“İran nüvə sazişinin ruhuna uyğun davranış nümayiş etdirmir”, - deyə Tramp qeyd edib.

Tehran Vaşinqtonun sanksiyalarını pisləyib və bildirib ki, Amerika vətəndaşları və şirkətlər barəsində cavab addımlar atılacaq.

Dünən isə İran parlamenti sanksiyalara cavab olaraq raket proqramının hazırlamasına 520 milyon dolları ayrılması haqqında qanun layihəsini bəyəndi. Ekspertlər hesab edir ki, qanun layihəsi Tehrana ortamənzilli yeni bir raket hazırlamağa və sınaqdan keçirməyə imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm