Dünya
İstanbulun tarixini yenidən yazdıracaq TAPINTI - FOTOLAR
Türkiyənin Beşiktaş adlı bölgəsində metrostansiya tikintisi üçün ayrılan ərazidə aparılan qazıntılar zamanı ortaya çıxan tarixi faktlar görənləri təəccübləndirib.
Publika.az xəbər verir ki, metro xəttinin Beşiktaş stansiyası üçün qazıntı işləri aparılan hissəsində 19-cu və 20-ci əsrlərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb. Hadisə ilə bağlı Muzey İdarəsinə verilən məlumatdan sonra tikinti işləri dayandırılıb.
Türkiyənin neolit dövrünü araşdıran ən mühüm mütəxəssislərindən biri, professor Mehmet Özdoğan əraziyə baxış zamanı məhz bu tapıntıların əslində, İstanbul və xüsusilə də Boğaz tarixini yenidən yazdıracaq məlumatlar verə biləcəyini bildirib:
"Əslində, bunlar neolit dövrünə aid olduğu güman edilən tikili və qəbirlərdir. İstanbul Boğazı ətrafında ilk dəfə qarşılaşdığım bu hadisə olduqca həyəcanlandırıcıdır. Bəlkə də bu, İstanbul tarixi üçün yeni tarix deməkdir. İstanbul tarixində e.ə 6500 və 3000-ci illər arasındakı tarixi boşluq bəlkə də bu qalıqlarda gizlidir".
Qətiyyətlə neolit dövrü üzərindən araşdırma aparacağını bildirən arxeoloq qalıqların e.ə 4 min il əvvələ aid olduğunu bildirib: "Lakin son nəticəni qalıqları incələdikdən sonra deyə bilərəm".
Könül Cəfərli
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR