Xəstəxanaya silahlı hücum: 7 ölü
Bizi izləyin

Dünya

Xəstəxanaya silahlı hücum: 7 ölü

Mərkəzi Amerikada yerləşən Qvatemalada 7 nəfərin ölümü ilə nəticələnən silahlı hücum olub.

Publika.az xəbər verir ki, bir qrup silahlı şəxslər həbsxanaya silahlı hücum çəkib. İlkin ehtimallara görə, onlar xəstəxanadan dəstə başçısını qaçırtmaq istəyiblər.

Paytaxtın "Ruzvelt" tibb müəssisəsində baş verən silahlı hücum zamanı cinayətkarlar ətrafda olan insanlara atəş açıblar. Nəticədə, 1-i uşaq olmaqla 7 nəfər sakin ölüb, 12 nəfər isə yaralanıb.

Xəstəxanadan azyaşlının vəziyyətinin ağır olduğu bildirilib.

Polis hadisədə şübhəli bilinən 5 nəfəri saxlayıb. Saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər.

Məlum olub ki, silahlı dəstə "Mara Salvatruca" cinayətkar qruplaşmasının üzvləri olub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm