Dünya
“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI - VİDEO
“Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib.
“Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor bildirib.
Qeyd edək ki, bu, ilk analoji xəbərdarlıq deyil. Daha əvvəl Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy bildirib ki, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.
“Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır”, - deyə geoloq xəbərdarlıq edib.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA