Dünyanın ƏN YAXŞI və ƏN PİS şəhərlərinin siyahısı AÇIQLANDI
Bizi izləyin

Dünya

Dünyanın ƏN YAXŞI və ƏN PİS şəhərlərinin siyahısı AÇIQLANDI

İngiltərənin “Economist” jurnalı “Yaşam səviyyəsinə görə dünyanın ən yaxşı və ən pis şəhərləri 2017” adlı siyahı hazırlayıb.

Publika.az xəbər verir ki, siyahıya Avstraliyanın Melburn şəhəri başçılıq edir.

“Dünyanın ən yaxşı və ən pis şəhərləri” siyahısı dünyadakı 142 şəhərin sabitlik, sağlamlıq, mədəni çevrə və infrastrukturu araşdırılaraq tərtib edilir.

Jurnalın “Economist İntelligence Unit” adlı araşdırma qrupu şəhərlərdəki həyat keyfiyyətini əsas tutaraq, ikinci sıraya Avstriyanın paytaxtı Vyananı layiq görüb.

Bu şəhərləri müvafiq olaraq Kanadanın paytaxtı Ottava və digər böyük şəhərləri Toronto, Kalqari, Vankuver izləyir. Son illərdə siyahının ilk beşliyi dəyişməz olaraq qalır.

Bununla yanaşı, jurnal həyat səviyyəsinin ən aşağı olduğu şəhərlər siyasını da tərtib edib. Siyahıda Suriyanın paytaxtı Dəməşq, Nigeriyanın Laqos şəhəri, Liviyanın paytaxtı Tripoli, Banqladeşin paytaxtı Dəkkə şəhəri yer alıb.

ƏN ÇOX İNKİŞAF EDƏN ŞƏHƏRLƏR

Jurnal son 5 ildə həyat səviyyəsi ən çox artan şəhərləri də açıqlayıb. Bu şəhərlərə İranın paytaxtı Tehran başçılıq edir. Bundan başqa, siyahıda Dubay, Fil dişi sahilinin Abidican şəhəri, Zimbabvenin paytaxtı Harari və Şri Lankanın paytaxtı Şri Cayavardenepura Kotte şəhəri yer alıb.

Jurnal Türkiyə, Avstraliya, Banqladeş, Belçika, Fransa, Pakistan, İsveç, İngiltərə və ABŞ kimi ölkələrdə terror hücumlarının təhlükəli səviyyədə artdığını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm