Hindistanda DƏHŞƏT: Təcavüzə uğrayan 10 yaşlı qız dayısından uşaq dünyaya gətirdi
Bizi izləyin

Dünya

Hindistanda DƏHŞƏT: Təcavüzə uğrayan 10 yaşlı qız dayısından uşaq dünyaya gətirdi

Hindistanda yaşayan 10 yaşlı bir qıza dayısı cinsi təcavüz edib.

Publika.az xəbər verir ki, təcavüz nəticəsində hamilə qalan azyaşlı qızın doğumu artıq gerçəkləşib və onun qızı olub.

Qeyd edək ki, Hindistan məhkəməsi uşağın abort edilməsinə icazə verməmişdi. Qızın həkimlərinin məhkəməyə göndərdiyi sənədlərdə dölün 32-ci həftəsinin keçdiyinə görə abortun olduqca riskli olduğu bildiriilmişdi. Buna görə də 10 yaşlı qızın təbii doğuş etməsinə qərar verilmişdi.

Uşağın “atası” isə hazırda həbsdədir. Onun məhkəmə prosesi hələ başa çatmayıb.

Hindistanda hər 155 dəqiqədə yaşı 16-dan az bir qız uşağı təcavüzə uğrayır. Təcavüz edən kişilər isə adətən güvəndikləri yaxın qohumları, ya da onları himayəsinə götürənlər olur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm